Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 2025/2026-cı tədris ili üzrə aparılan qəbul prosesi nəticəsində bəzi ixtisaslar üzrə boş yerlər qalıb. Belə ki, Dövlət İmtahan Mərkəzinin (DİM) məlumatına əsasən, ADNSU-nun I qrup ixtisasları üzrə ümumilikdə 235 boş yer mövcuddur.
Boş qalan yerlər əsasən Azərbaycan bölməsi üzrədir. Ümumilikdə Azərbaycan bölməsi üzrə 224, Rus bölməsi üzrə 5, İngilis bölməsi üzrə isə 6 boş yer qeyd olunur.
Ən çox boş yer qalan ixtisaslar arasında:
1. Geologiya – 22 yer (Azərbaycan bölməsi: 22)
2. Cihaz mühəndisliyi – 35 yer (Azərbaycan bölməsi: 30, Rus bölməsi: 5)
3. Geologiya və geofizika mühəndisliyi – 35 yer (Azərbaycan bölməsi: 29, İngilis bölməsi: 6)
4. Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi – 2 yer (Azərbaycan bölməsi: 2)
5. Maşın mühəndisliyi – 27 yer (Azərbaycan bölməsi: 27)
6. Materiallar mühəndisliyi – 29 yer (Azərbaycan bölməsi: 29)
7. Mexanika mühəndisliyi – 35 yer (Azərbaycan bölməsi: 35)
8. Mühəndislik fizikasI – 21 yer (Azərbaycan bölməsi: 21)
9. Radiotexnika və telekommunikasiya mühəndisliyi – 24 yer (Azərbaycan bölməsi: 24)
10. Sənaye mühəndisliyi – 5 yer (Azərbaycan bölməsi: 5)
Qeyd edək ki, ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən abituriyentlərin ixtisas seçimi avqustun 28-dən 2 sentyabr saat 23:59-dək aparılacaq. Boş yerlərə sənəd qəbulu ilə bağlı qeydiyyat yalnız portal.edu.az platforması üzərindən elektron qaydada keçiriləcək. Qeydiyyatdan keçməyən abituriyentlər tələbə adını qazanmış sayılmayacaq.