×

Xəbərlər

Xəbərlər 02 Sep 2025
UFAZ-da 2025-ci ilin payız semestrinə start verildi

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) bakalavr səviyyəsi üzrə 2, 3 və 4-cü kurslar, eləcə də magistratura pilləsində təhsil alan tələbələr üçün dərslər başlayıb. 1-ci kursa qəbul olunçuş 190 tələbənin dərsləri isə 8 sentyabr tarixində start götürəcək. Akademik semestr 22 dekabr tarixində başa çatacaq. 

Bütün tələbələrimizə bol-bol uğurlar, motivasiya və yüksək nəticələr arzulayırıq!


Paylaş