Sentyabrın 3-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) fəlsəfə fənni üzrə doktoranturaya qəbul imtahanı keçirilib.
İmtahanda ADNSU-da doktorantura təhsili almaq üçün müraciət etmiş 177 nəfər iddiaçı yazılı- şifahi formada imtahan veriblər. İmtahan prosesinə ADNSU-nun rektoru, dosent Rüfət Əzizov imtahan prosesində iştirak edib.
Qeyd edək ki, fəlsəfə fənni doktoranturaya qəbulun əsas mərhələlərindən biridir və uğurla keçən namizədlər növbəti mərhələlərə buraxılacaq.