×

Xəbərlər

Xəbərlər 03 Sep 2025
ADNSU-da Türkiyə və ABŞ universitetlərinin professorları ilə görüş keçirilib

Sentyabrın 3-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Türkiyə və Amerika Birləşmiş Ştatlarının (ABŞ) universitetlərinin nümayəndələri ilə görüş keçirilib. İstanbul Texniki Universiteti, Yıldız Texniki Universiteti, Arizona Universiteti və Arlinqton Texas Universitetinin professor heyəti ilə keçirilən görüşdə ADNSU-nun Neft-Mexanika fakültəsinin (NMF) və Riyaziyyat kafedrasının professor-müəllim heyəti də iştirak ediblər.

ADNSU-nun rektoru, dosent Rüfət Əzizov əvvəlcə qonaqları salamlayaraq universitetin tarixi, tədris prosesi və inkişaf istiqamətləri barədə məlumat verib. O, ADNSU-nun elmi-tədqiqat universitetinə çevrilməyi  və elmmetrik bazalarda universitetin mövqeyini möhkəmləndirməyi hədəflədiyini, bu məqsədlə beynəlxalq əməkdaşlığın və tərəfdaşlarla birgə elmi və riyazi araşdırmaların  aparılmasının xüsusi önəm daşıdığını deyib.

Görüşdə qonaqlar təmsil etdikləri ali təhsil müəssisələri və elmi təddiqat imkanları eləcə də gələcək innovative hədəflərdən danışıblar. Tərəflər arasında riyaziyyat sahəsində sinerji yaradılması, riyazi hesablamalar və dataların emalı, optimal idarəetmə üzrə birgə elmi araşdırmalar, həmçinin universitetlərarası inteqrasiya imkanları müzakirə olunub.

Bildirilib ki, ADNSU ilk HPC (High Performance Computing)  laboratoriyasını istifadəyə veriliib və hazırda elmi tədqiqatlar aparılır. 

Sonda qonaqlar Heydər Əliyev Muzeyi, Mineralogiya Muzeyi, Kibertəhlükəsizlik laboratoriyası və Türkiyə-Azərbaycan Dostluq Mərkəzini ziyarət ediblər.

 

 


Paylaş