Sentyabrın 2-də 2025–2026-cı tədris ili üzrə dövlət xətti ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə (ADNSU) qəbul olunmuş Somalidən olan 10 əcnəbi tələbə ilə onlayn görüş təşkil edilib.
Görüşdə ADNSU-nun Beynəlxalq Əlaqələr Departamentinin direktoru Nəzrin Şirinova, Əcnəbi Tələbələr Şöbəsinin müdiri Səbinə Əliyeva və şöbənin baş mütəxəssisi Nigar Babayeva iştirak ediblər.
Tədbir zamanı tələbələr universitetə qəbul olmaları münasibətilə təbrik olunub, ADNSU-nun akademik mühiti, tədris prosesi, daxili qaydaları və ümumi təhsil sistemi barədə ətraflı məlumat verilib.
Bununla yanaşı, onların Azərbaycana gəlişi, qarşılanması və yerləşdirilməsi prosesi, eləcə də tədris ili ərzində gözlənilən əsas akademik və sosial fəaliyyətlər haqqında da ətraflı məlumat təqdim olunub, tələbələrin sualları cavablandırılıb.