×

Xəbərlər

Xəbərlər 09 Sep 2025
SABAH.academy-nin dəstəyilə “IE Business School”-un professorları ADNSU tələbələrinə dərs deyəcək

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələri üçün 2025-ci ilin payız semestrindən etibarən beynəlxalq səviyyəli yeni bir tədris proqramı təqdim olunur. SABAH.academy-nin dəstəyi ilə universitetdə “Sahibkarlığın əsasları və biznesə giriş” adlı fənn təşkil olunacaq. Bu təşəbbüs tələbələrə sahibkarlıq bacarıqları qazandırmaq və onları real biznes mühitinə hazırlamaq məqsədi daşıyır.

Fənnin ən mühüm üstünlüklərindən biri onun akademik heyətidir. Mühazirələr dünyanın nüfuzlu ali məktəblərindən biri olan IE Business School professorları tərəfindən aparılacaq. Seminar dərsləri isə Azərbaycanın startap ekosistemində fəaliyyət göstərən yerli ekspertlər tərəfindən keçiriləcək. Dərslər tamamilə ingilis dilində və üzbəüz formatda baş tutacaq.

Yeni fənn yalnız İqtisadiyyat və Menecment fakültəsi ilə İnformasiya Texnologiyaları və İdarəetmə fakültəsinin 2-ci və 3-cü kurs tələbələri üçün açıqdır. Müraciət üçün minimum B1 səviyyədə ingilis dili biliyi tələb olunur.

Proqram bir semestr (15 həftə) davam edəcək. Tədris prosesi çərçivəsində tələbələr sahibkarlıq düşüncə tərzini mənimsəyəcək, biznes ideyasının yaranmasından onun həyata keçirilməsinə qədər olan mərhələləri praktiki şəkildə öyrənəcəklər. Komanda qurmaq, resursları səmərəli idarə etmək və real biznes layihəsi hazırlamaq da fənnin əsas məqsədləri sırasındadır.

Fənni uğurla başa vuran tələbələr SABAH.academy və IE Business School tərəfindən birgə sertifikatla təltif olunacaqlar. Eyni zamanda, kurs üzrə qazandıqları nəticələr müvafiq akademik kreditlə əvəzlənəcək. 

Qeyd ed’k ki, yalnız İqtisadiyyat və Menecment fakültəsi və İnformasiya Texnologiyaları və İdarəetmə fakültəsi tələbələri müraciət edə bilərlər

Qeydiyyat artıq açıqdır. Müraciət etmək istəyən tələbələr aşağıdakı link vasitəsilə qeydiyyat formasını doldura bilərlər:

https://docs.google.com/forms/d/1q_iBIKRNtX6SSdXwXKKXxTJQcIsyV2TUfMjjXMe0f-Y/preview 


Paylaş