×

Xəbərlər

Xəbərlər 11 Sep 2025
“IDEALISE” inkubasiya proqramına qeydiyyat başladı

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Rəqəmsallaşdırma departamentinin startap və TTO şöbəsi tələbələrin innovativ ideyalarını dəstəkləmək məqsədilə “IDEALISE” inkubasiya proqramını elan edib.

Proqram tələbələrin ideyalarının prototip və minimal işlək məhsul (MVP) mərhələsinə gətirilməsinə şərait yaradacaq. İştirakçılar intensiv təlimlərdə iştirak edəcək, peşəkar mentorların dəstəyini alacaq, komanda quruculuğu, bazar araşdırması, rəqib analizi və təqdimat bacarıqları üzrə bilik və təcrübələrini artıracaqlar.

Proqramın yekun mərhələsində komandalar öz layihələrini Pitch DayDemo Day tədbirlərində təqdim edəcəklər. Təqdimatlar nəticəsində seçilən ən uğurlu 5 komanda mükafatlandırılacaq. Hər komanda üçün 5000 AZN məbləğində mükafat nəzərdə tutulub.

Son qeydiyyat tarixi: 25 sentyabr
Əlavə məlumat və qeydiyyat üçün: https://docs.google.com/forms/d/14BcDt3xY9HZgE9yrdL6se_iwV_nFS1i0kXH-2_jBGwI/preview  


Paylaş