Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, dosent Rüfət Əzizov 2025/2026-cı tədris ilinin başlanması ərəfəsində universitetin akademik heyəti ilə görüş keçirib.
Əsasən ADNSU-da fəaliyyətə yeni başlayan müəllimlərin iştirak etdiyi görüşdə rektor universitetin yaxın dövr üçün fəaliyyət planı, tədris və təhsil sahəsində nəzərdə tutulan addımlar barədə məlumat verib. O, qarşıya qoyulan məqsədlərə çatmaq üçün hər bir əməkdaşın üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıb.
Rektor bildirib ki, tədrisin keyfiyyətinin artırılması, tədqiqat fəaliyyətinin genişləndirilməsi, beynəlxalq əməkdaşlıqların gücləndirilməsi və elmi nəticələrin səmərəliliyinin yüksəldilməsi universitetin əsas hədəflərindəndir.
Görüşün sonunda dosent Rüfət Əzizov əməkdaşların suallarını cavablandırıb, onlara tövsiyə və tapşırıqlar verib.