Sentyabrın 15-də yeni tədris ilinin başlanması ilə əlaqədar Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Kitabxana İnformasiya Mərkəzində fonda daxil olan yeni nəşrlərin sərgisi təşkil olunub. Sərgidə 2024/2025-cü tədris ilində mərkəzə daxil olmuş müxtəlif elm sahələrini əhatə edən dərsliklər, dərs vəsaitləri, monoqrafiyalar, avtoreferatlar, dissertasiyalar, iqtisadi, statistik göstəricilər, jurnallar və digər materiallar nümayiş olunur. Kitablar texniki, iqdisadiyyat, bədii, ictimai-siyasi və digər sahələri əhatə etməklə Azərbaycan, rus və ingilis dillərindədir.
Ümumilikdə sərgidə 80 kitab, 35 avtoreferat, 10 dissertasiya və 20 jurnal sərgilənir. Sərgi zamanı universitetin professor-müəllim və tələbə heyətinə Kitabxana İnformasiya Mərkəzinin resursları, eləcə də giriş imkanları mövcud olan beynəlxalq elektron bazalar, nəşriyyatlar və onların resursları haqqında geniş məlumatlar veriləcək.
“Bilik Günü”nə həsr olunmuş “Yeni nəşrlər” sərgisi sentyabrın 20-ə qədər davam edəcək.