×

Xəbərlər

Xəbərlər 16 Sep 2025
ADNSU-da IELTS imtahanı üzrə ödənişlərin geri qaytarılması rəqəmsallaşdırılıb

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) elmi-pedaqoji heyət üzvləri və tələbələrin beynəlxalq dil sertifikatlarına təşviqi məqsədilə həyata keçirilən tədbirlər davam edir.

“Universitetlərin elmi-pedaqoji heyət üzvləri və təhsilalanlarının IELTS imtahanına təşviq edilməsi” layihəsi çərçivəsində artıq müraciət prosesi tam rəqəmsallaşdırılıb. İmtahan ödənişlərinin geri qaytarılması üçün yeni onlayn müraciət forması istifadəyə verilib.

Layihə 2022-ci ildən Təhsilin İnkişafı Fondu və Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə birgə icra olunur. ADNSU bu təşəbbüsdə iştirak edən aktiv universitetlərdən biridir.

Son mərhələdə daha 31 tələbə və 3 elmi-pedaqoji heyət üzvü ödənişlərini geri alıb. Kompensasiya yalnız imtahan nəticəsi üzrə ümumi balı minimum 6.5, hər bölmədən isə ən az 6 bal toplayan və imtahandan keçmiş müddət 6 ayı aşmayan iştirakçılara şamil olunur.

Layihə çərçivəsində hər kəs bu imkandan yalnız bir dəfə yararlana bilər.

Bu yenilik sayəsində artıq tələbə və əməkdaşlar sadə, sürətli və rahat şəkildə müraciət edə biləcəklər. Əlavə suallar üçün ADNSU-nun Layihələrin idarə edilməsi şöbəsinə və ya projects@asoiu.edu.az elektron poçt ünvanına müraciət etmək mümkündür.

Keçid: https://forms.office.com/r/7GJNpfHDEq


Paylaş