×

Xəbərlər

Xəbərlər 16 Sep 2025
Britaniyanın dövlət naziri: “ADNSU ilə Vorvik Universiteti arasında birgə təhsil proqramı ölkələrimizdə gələcək liderlər nəslini formalaşdırır”

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Avropa, Şimali Amerika və xaricdəki ərazilər üzrə dövlət naziri Stiven Douti Azərbaycana rəsmi səfər edib.
Səfər çərçivəsində Böyük Britaniya-Azərbaycan tərəfdaşlığının inkişafı və iki ölkə arasında münasibətlərin yeni səviyyəyə yüksəldilməsi istiqamətində mühüm görüşlər keçirilib.

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla görüşdə təhsil sahəsində mövcud əməkdaşlıq məsələləri də müzakirə olunub. Nazir Stiven Douti iki ölkənin ali təhsil müəssisələri arasında qurulan əlaqələri yüksək qiymətləndirərək deyib: “Bu gün Chevening kimi proqramlar, eləcə də Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə Böyük Britaniyanın Vorvik Universiteti arasında bərpa olunan enerji üzrə birgə təhsil proqramı ölkələrimizdə gələcək liderlər nəslini formalaşdırır”.

Britaniyalı nazir, həmçinin, Böyük Britaniyada təhsil alan azərbaycanlı gənclərdən söz açaraq bildirib ki, xüsusilə Dövlət Təqaüdü Proqramı çərçivəsində təhsil alan ən parlaq tələbələrin Böyük Britaniyanı seçməsi sevindiricidir. O, əlavə edib ki, mən gələcək illərdə daha çox azərbaycanlı tələbəni qəbul etməyi səbirsizliklə gözləyirəm.


Paylaş