×

Xəbərlər

Xəbərlər 18 Sep 2025
ADNSU-da birinci kurs tələbələri ilə görüşlər davam edir

Sentyabrın 18-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Qaz-neft-mədən və Kimya texnologiya fakültələrinin birinci kurs tələbələri ilə tanışlıq görüşü keçirilib.

Görüşdə fakültə dekanları - professor Elman İskəndərov və professor Sevinc Məmmədxanova, Təhsilalanlarla iş şöbəsinin müdiri Rəna Cəbrayılova, Kitabxana İnformasiya Mərkəzinin müdiri Səlahət Mahmudova, İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Xülya Sabirli, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Namiq Gəncəyev və ADNSU Tələbə Gənclər Təşkilatının sədri İntiqam Quliyev təqdimatla çıxış edərək fakültələr, onların tədris və elmi fəaliyyət istiqamətləri, təhsil prosesində istifadə olunan metod və resurslar haqqında məlumat veriblər. Çıxışlar zamanı universitetdə fəaliyyət göstərən mərkəzlər, universitetin yeni layihələri və bu layihələrdə aktiv iştirakın əhəmiyyəti, xüsusi dərnək bölmələri, tələbə mobilliyi imkanları, elektron kitabxana və digər informasiya resurslarının əlçatanlığı barədə də tələbələrə geniş məlumat verilib.

Görüşün sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb və gənclərə universitet həyatına adaptasiya olmaq üçün vacib məlumatlar təqdim edilib.


Paylaş