Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Kitabxana İnformasiya Mərkəzi oxucu istifadəçilərinə “O'Reilly” verilənlər bazasını 1 aylıq sınaq müddətinə giriş imkanı əldə edib.
Verilənlər bazasına WILEY, Blackwell, Elsevier, McGraw-Hill, Taylor & Francis, HarperCollins və s. nəşriyyatlarının resursları daxildir. İstifadəçilər bazada olan e-kitab, audio kitablar və video materiallardan istifadə hüququna malikdirlər.
“O'Reilly” verilənlər bazasında proqramlaşdırma, kompüter elmləri, biznes, İT, layihələrin idarə edilməsi, kibertəhlükəsizlik və digər mövzular əhatə olunub.
Qeydiyyat üçün bu proseslərdən istifadə etmək önəmlidir.
Daxil olmaq üçün linklər:
https://www.oreilly.com/library-access/
Açılan pəncərəyə aşağıdakı məlumatları yerləşdirmək vacibdir.
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
Email: @asoiu.edu.az domenli korporativ emaildən istifadə olunmalıdır.
Maraqlananlar Kitabxana İnformasiya Mərkəzinə müraciət edə bilərlər.