Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) tədqiqatçı müəllimlər üçün diferensial əməkhaqqı sistemi tətbiq olunub. Bu sistemə əsasən:
- Scopus indeksli məqalələrin sayı;
- Q1–Q3 kateqoriyalı jurnallarda çap;
- Google Scholar və Scopus H-indeksi;
- Beynəlxalq əməkdaşlıq və ortaq nəşrlər;
birbaşa əməkhaqqına təsir edir.
Nəticə olaraq, tədqiqatla məşğul olan müəllimlər digər həmkarlarından 2–3 dəfə artıq əməkhaqqı alır. Bu, ADNSU-nun elmə verdiyi real dəyərin sübutudur. Beləliklə, ADNSU-nun tədqiqatçı müəllimləri ilə tanış olun:
Araz Əliyev
Riyaziyyat üzrə elmlər doktoru, professor
“Scopus” bazasındakı məqalə sayı: 22 | H-index: 8
Lətafət Qardaşova
Texnika üzrə elmlər doktoru, professor
“Scopus” bazasındakı məqalə sayı: 21 | H-index: 10
Dünya Babanlı
Kimya üzrə elmlər doktoru, dosent
“Scopus” bazasındakı məqalə sayı: 56 | H-index: 14
Vüsalə Cəfərova
Fizika üzrə elmlər doktoru
“Scopus” bazasındakı məqalə sayı: 23 | H-index: 7
Oleq Hüseynov
Texnika elmləri doktoru
“Scopus” bazasındakı məqalə sayı: 19 | H-index: 20
Sevda Rzayeva
Fizika üzrə fəlsəfə doktoru, dosent
“Scopus” bazasındakı məqalə sayı: 10 | H-index: 64
Aysel Aslanlı
Kimya üzrə fəlsəfə doktoru
“Scopus” bazasındakı məqalə sayı: 26 | H-index: 12
Elnur Oruclu
Kimya üzrə fəlsəfə doktoru
“Scopus” bazasındakı məqalə sayı: 39 | H-index: 10
Bir sözlə, ADNSU-da tədqiqatla məşğul olmaq indi həm nüfuzlu, həm gəlirlidir.