×

News

News 19 Sep 2025
ADNSU-nun rektoru “Ali təhsil müəssisələrinin innovasiya mərkəzinə çevrilməsi: Sumqayıt Dövlət Universiteti nümunəsində” layihəsinin hesabat tədbirində iştirak edib

Sentyabrın 18-də “Ali təhsil müəssisələrinin innovasiya mərkəzinə çevrilməsi: Sumqayıt Dövlət Universiteti nümunəsində” layihəsinin yekun hesabat tədbiri keçirilib. Tədbirdə Koreya “Eximbank”, Asiya İnkişaf Bankı (AİB), “Ars Praxia”, Koreya Qabaqcıl Elm və Texnologiya İnstitutu (KAIST), Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Sumqayıt Dövlət Universiteti (SDU) və digər ali təhsil müəssisələrinin rəhbərləri, o cümlədən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, dosent Rüfət Əzizov də iştirak edib.

SDU-nun rektoru, v.i.e., AMEA-nın müxbir üzvü, professor Əminağa Sadıqov çıxış edərək layihənin əhəmiyyəti və uğurlu icrası barədə məlumat verib.

Qeyd edək ki, layihənin əsas məqsədi Azərbaycan ali təhsilini innovasiya və davamlı iqtisadi artım üçün güclü platformaya çevirməkdir. Bu məqsədlə universitetlərdə tədqiqat və kommersiyalaşdırma potensialının artırılması prioritet istiqamət kimi müəyyənləşdirilib. Layihə çərçivəsində  Koreya təcrübəsi əsasında milli tədqiqat institutlarının və innovasiya mərkəzlərinin yaradılması, hökumət–sənaye–akademiya əməkdaşlığına əsaslanan startap ekosisteminin formalaşdırılması, beynəlxalq əməkdaşlıq və innovasiya mərkəzlərinin qurulması, həmçinin digər mühüm təşəbbüslər həyata keçirilib. Universitetlərdə texnologiya transferi ofislərinin yaradılması, tədqiqatların kommersiyalaşdırılması və akademik müstəqilliyin gücləndirilməsi ilə bağlı tövsiyələr hazırlanıb.

Tədbirdə layihə üzrə təqdim edilən yekun hesabat müzakirə olunub, suallar cavablandırılıb, həmçinin bir sıra təklif və tövsiyələr irəli sürülüb.


Share