×

Xəbərlər

Xəbərlər 19 Sep 2025
ADNSU-nun Kitabxana İnformasiya Mərkəzində “Dövlət Suverenliyi Günü” adlı kitab sərgisi təşkil olunub

Azərbaycan Dövlət Neft və Sənaye Universitetin (ADNSU) Kitabxana İnformasiya Mərkəzində 20 sentyabr “Dövlət Suverenliyi Günü” adlı kitab sərgisi təşkil olunub.

Sərgidə Azərbaycanın Dövlət Suverenliyinə nail olduğu tarixi hadisələrdən - Aprel döyüşlərindən, Tovuz döyüşlərindən, 44 günlük Vətən müharibəsində qazandığımız möhtəşəm qələbədən, qələbəmizin əldə olunmasında Prezident, Ali Baş Komandan İlham Əliyevin hərbi siyasətindən, Azərbaycan Ordusunun rəşadətindən, torpaqlarımızın müstəqilliyi, suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin qəhrəmanlıqlarla dolu döyüş yolundan bəhs edən 60-dan artıq Azərbaycan və xarici dildə nəşr olunmuş kitab, dövri mətbuat  və foto materiallar nümayiş olunur.

 Sərgi 19-23 sentyabr tarixlərində fəaliyyət göstərəcək.


Paylaş