Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 23 sentyabr 2025-ci il tarixində saat 10:00-da “Elsevier” şirkətinin rəsmi nümayəndəsi Saide Sak tərəfindən “SCOPUS müəllif profili” mövzusunda təlim keçiriləcək. Tədbir universitetin 250 nömrəli otağında baş tutacaq.
Elmi nəşriyyat və informasiya təhlili sahəsində on ildən artıq təcrübəyə malik olan Saide Sak hazırda Elsevier-də Müştəri tədqiqatı və analiz üzrə müşavir kimi fəaliyyət göstərir. O, sosial elmlər üzrə bakalavr, Beynəlxalq İqtisadi Münasibətlər üzrə magistr dərəcəsinə sahibdir. 2017-ci ildən etibarən Elsevier komandasına qoşulan mütəxəssis indiyədək tədqiqatçılar və akademiklər üçün 300-dən çox təlim və seminar təqdim edib.
Qeydiyyat üçün keçid: https://forms.gle/toyMVNv6snyGhKQP7