×

Xəbərlər

Xəbərlər 23 Sep 2025
Qazaxıstanlı tələbələr doktorantura təhsilini ADNSU-da davam etdirəcəklər

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə (ADNSU) Qazaxıstan Respublikasından doktorantlar qəbul olunub. Onlar universitetdə öz elmi rəhbərləri ilə görüşərək tədqiqat istiqamətləri və gələcək elmi planları barədə müzakirələr aparıblar.

Doktorantlara universitetin laboratoriya və kitabxana imkanları, elmi mühiti barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, onların uğurlu araşdırma aparmaları üçün həır bir şərait yaradılacaq.

Qazaxıstanlı doktorantların ADNSU-da təhsili iki ölkə arasında elm və təhsil əməkdaşlığının möhkəmlənməsinə töhfə verəcək.


Paylaş