×

Xəbərlər

Xəbərlər 23 Sep 2025
Əbu-Dabi Universitetinin rektoru ADNSU-nun rektoru ilə görüşüb

Sentyabrın 23-də Əbu-Dabi Universitetinin rektoru Qassan Aouad Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, dosent Rufət Əzizov ilə görüşüb.

ADNSU-da kecirilən görüşdə iki ali təhsil müəssisəsi arasındakı əməkdaşlıq perspektivləri müzakirə olunub. Rektor Rufət Əzizov qonağa universitetin tarixi, beynəlxalq əlaqələri və müasir tədris sistemi barədə ətraflı məlumat verib.

Qassan Aouad görüş üçün təşəkkürünü bildirib və ADNSU haqqında kifayət qədər məlumatlı olduğunu qeyd edərək universitetlə əməkdaşlıq etməyə maraqlı olduğunu vurğulayıb.

Görüş çərçivəsində tərəflər tədqiqat sahəsində birgə layihələrin həyata keçirilməsi, doktorantura səviyyəsində mübadilə proqramlarının təşkili və digər elmi əməkdaşlıq istiqamətlərini müzakirə ediblər.

Sonda qonaq ADNSU-nun laboratoriya və kompüter otaqlarında olub və burada tələbələr üçün yaradılmış müasir təhsil və elmi tədqiqat şəraitini yüksək qiymətləndirib


Paylaş