×

Xəbərlər

Xəbərlər 23 Sep 2025
UFAZ-ın məzunu Böyük Britaniyanın “INEOS Energy” şirkətində 3 aylıq təcrübə proqramını uğurla başa vurub

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən  Azərbaycan-Fransız Universitetinin “Neft və qaz mühəndisliyi” ixtisası üzrə məzunu Pərvin Hacıyeva baş ofisi Londonda yerləşən Böyük Britaniyanın beynəlxalq enerji şirkəti “INEOS Energy”də təcrübə müddətini başa vurub.
Pərvin Hacıyeva 3 ay davam edən proqramın sonunda“Böyük Peqasus ərazisində regional təzyiq və maye analizi” mövzusunda hazırladığı layihəni təqdim edib. O, mürəkkəb yeraltı məlumatları komandaların analiz və qərar qəbuletmə proseslərində istifadə edə biləcəyi aydın, interaktiv vizuallara çevirmək üzərində çalışıb. Məqsəd isə məlumatların paylaşılma prosesini daha səmərəli etmək olub.
Təcrübəsi zamanı Pərvin proqramlaşdırma və tədqiqat bacarıqlarını inkişaf etdirib, problem həll etmə və əməkdaşlıq vərdişlərini gücləndirib, eyni zamanda qeyri-müəyyənlik şəraitində işləmək bacarığına yiyələnib.

Neft və qaz hasilatı, emalı və paylanması sahələrində ixtisaslaşan “INEOS Energy” innovativ texnologiyaların tətbiqi və davamlı enerji həllərinin inkişafına böyük önəm verir. Şirkət həmçinin təcrübəçilərə və gənc mütəxəssislərə praktiki bilik və bacarıqlarını inkişaf etdirmək üçün imkanlar təqdim edir.


Paylaş