Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) SABAH qrupları Mexatronika və Robototexnika Mühəndisliyi ixtisasının III kurs tələbəsi Murad Qaramollayev Almaniyanın Hannover şəhərində keçirilən “Şəhərdə təbiətin mühafizəsi” beynəlxalq mübadilə tədbirində ölkəmizi uğurla təmsil edib. Murad Qaramollayev beynəlxalq tədbirdə elmi tədqiqat mövzusunda çıxışı və poster təqdimatı ilə çıxış edib.
Tədbir çərçivəsində Murad Qaramollayev müxtəlif ölkələrdən olan elm adamları, tələbələr və tədqiqatçılarla tanış olub, elmi fikir mübadilələrində iştirak edib. Tələbəmizin bu uğuru ADNSU-nun beynəlxalq səviyyədə tanınmasına və gənclərin elmi potensialının nümayiş etdirilməsinə dəstək verir.