×

Xəbərlər

Xəbərlər 25 Sep 2025
ADNSU-nun Kitabxana İnformasiya Mərkəzində “27 sentyabr Anım Günü” adlı kitab sərgisi təşkil edilib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU)  Kitabxana İnformasiya Mərkəzində  “27 sentyabr Anım günü” adlı kitab sərgisi təşkil edilib. Sərgidə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasətindən, Azərbaycan ordusunun, əsgər və zabitlərimizin ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərdən, eləcə də ADNSU-nun şəhid məzunlarından və onların döyüş yollarından bəhs edən  Azərbaycan, rus, ingilis dillərində 60-a yaxın kitab, foto-albom, qəhrəmanlıq mövzusunda olan müxtəlif janrlı ədəbiyyat nümunələri yer alıb. 

Sərgidə həmçinin  ADNSU-nun tələbələrinin 44 günlük Vətən müharibəsinə həsr etdikləri vitraj rəsmləri də nümayiş olunub.Sərgi Azərbaycanın şəhid  qəhrəmanlarını anmaq, onların şücaətlərini gənc nəslə tanıtmaq məqsədi daşıyır. 


Paylaş