×

Xəbərlər

Xəbərlər 25 Sep 2025
ADNSU rektoru “THE Avrasiya Universitetlərinin Sammiti”ndə “Avrasiya universitetləri iqlim fəaliyyətini necə yerinə yetirir” mövzusuna həsr olunmuş paneldə çıxış edib

Bakıda sentyabrın 24-25-də keçirilən “THE Avrasiya Universitetlərinin Sammiti”nin ikinci günündə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, dosent Rüfət Əzizov “Universitetləri iqlim fəaliyyətini necə təşkil edir” mövzusuna həsr olunmuş panel müzakirəsində iştirak edib.

Elm və Təhsil Nazirliyinin dəstəyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və beynəlxalq “Times Higher Education” (THE) reytinq agentliyinin birgə təşkilatçılığı ilə baş tutan sammit bu il “Transmilli tədqiqat: bilikdən qlobal təsirə doğru” mövzusuna həsr olunub.

Panel müzakirəsində çıxış edən Rüfət Əzizov dayanıqlılıq anlayışının universitetlərin strateji inkişafında əsas istiqamət olduğunu diqqətə çatdırıb. O, dayanıqlılığın yalnız layihə və təşəbbüslərlə məhdudlaşmadığını, həm tədris, həm də elmi fəaliyyətin ayrılmaz hissəsinə çevrilməli olduğunu vurğulayıb.

Rektor həmçinin, etik prinsipləri, sosial məsuliyyəti nəzərə alaraq, daxil resurslardan daha səmərəli istifadə etməyin vacibliyini qeyd edib. Onun fikirincə dayanıqlılıq yalnız layihələr başlatmaq, bəzən təşəbbüslər həyata keçirmək və ya xüsusi tədris proqramları hazırlamaq deyil. Əksinə, dayanıqlı inkişaf hədəfləri universitetin əsas strategiyasının bir hissəsi olaraq tədris və elmi fəaliyyətə davamlı olaraq inteqrasiya olunmalıdır.


Paylaş