×

Xəbərlər

Xəbərlər 25 Sep 2025
ADNSU-da ATS Food şirkətinin nümayəndələri ilə görüş keçirilib

Sentyabrın 25-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) ATS Food şirkəti ilə əməkdaşlıq çərçivəsində görüş və tələbələrin işə qəbulu üçün müsahibələr təşkil olunub.

Tədbirdə ADNSU-nun Məzunlarla iş və Karyera Mərkəzinin rəhbəri Şamil Əhmədov, Kimya fakültəsinin dekan müavini İradə Xələfova və fakültənin kafedra müdiri Fariz Əmirov iştirak ediblər.

ATS Food şirkətindən isə HR Departamentinin rəhbəri Rafiq Süleymanov, Təlim, İnkişaf və İşə Qəbul şöbəsinin müdiri Namiq Mustafayev və həmin şöbənin mütəxəssisi Səma Əliyeva görüşdə iştirak edərək tələbələrlə müsahibələr aparıblar.

Görüşdə ADNSU-nun Qida mühəndisliyi ixtisası üzrə təhsil alan 120 tələbə iştirak edib. ATS Food şirkətinin nümayəndələri tələbələrlə birbaşa ünsiyyət quraraq işə qəbul üzrə müsahibələr keçiriblər.

Bu əməkdaşlıq universitet tələbələri üçün iş imkanlarının genişləndirilməsi və peşəkar inkişaf baxımından əhəmiyyətli bir fürsət yaradır.


Paylaş