×

Xəbərlər

Xəbərlər 24 Sep 2025
ADNSU tələbələrinin startapı I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda maraqla qarışlanıb

Sentyabrın 23-də Bakıda “I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu” keçirilib. Forumda dövlət qurumlarının rəhbər şəxsləri, beynəlxalq ekspertlər və aparıcı şirkət rəhbərləri kənd təsərrüfatının inkişafı istiqamətində həyata keçirilən tədbirlər, tətbiq edilən innovativ həllər və əldə olunmuş nəticələr, aqrobiznes və qida sənayesinə investisiya imkanları, dövlət-özəl tərəfdaşlığı ilə bağlı müzakirələr aparıblar.

Forum çərçivəsində Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə yerli aqrar startapçılar öz məhsullarını nümayiş etdiriblər. Burada, suvarma şəbəkələrinin avtomatlaşdırılması, sensor texnologiyaları, biotexnoloji üsullarla istehsal edilmiş bitkilərin satışını həyata keçirən vahid platforma, aqrar fəaliyyətlərin ağıllı idarəedilməsi üzrə proqram təminatları nümayiş etdirilib. 

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) “Healwith” adlı startap layihəsi də iştirakçılara təqdim olunub və maraqla qarışlanıb. Healwith” startapı fermerlər və bitki yetişdiriciləri üçün nəzərdə tutulmuş mobil tətbiqdir. Tətbiqin köməyi ilə istifadəçilər sadəcə bir şəkil çəkərək 100-dək geniş yayılmış bitki xəstəliyini erkən mərhələdə aşkarlaya və müvafiq müalicə üzrə tövsiyələr əldə edə bilirlər.


Paylaş