×

Xəbərlər

Xəbərlər 26 Sep 2025
“Mərkəzi Asiya+ Rektorlar Klubunun VI görüşü” çərçivəsində ADNSU ilə Namangan Dövlət Texniki Universiteti arasında memorandum imzalanıb

Sentyabrın 26-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Avrasiya universiteti brendinqi: kimliyin və qlobal əhatəliliyinin tarazlaşdırılması” mövzusuna həsr olunmuş “Mərkəzi Asiya+ Rektorlar Klubunun VI görüşü” çərçivəsində ADNSU ilə Namangan Dövlət Texniki Universiteti arasında memorandum imzalanıb.

İki tərəfli görüşdə əməkdaşlıq perspektivləri müzakirə olunub. Tərəflər elm, təhsil, mübadilə və innovasiya sahələrində, eləcə də elmi layihələrin həyata keçirilməsi istiqamətində birgə fəaliyyətlə bağlı razılığa gəliblər.

Görüş zamanı həmçinin qarşılıqlı təcrübə mübadiləsi, təhsil proqramlarının inkişafı və innovativ təşəbbüslərin reallaşdırılması imkanları ətraflı müzakirə edilib. Memorandumun imzalanması gələcək əməkdaşlığın möhkəmləndirilməsi və tərəflər arasında qarşılıqlı faydalı layihələrin icrasına zəmin yaradacaq.


Paylaş