×

Xəbərlər

Xəbərlər 26 Sep 2025
ADNSU-da keçirilən beynəlxaql tədbir çərçivəsində Qazaxıstan Mülki Aviasiya Akademiyası ilə memorandum imzalanıb

Sentyabrın 26-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Avrasiya universiteti brendinqi: kimliyin və qlobal əhatəliliyinin tarazlaşdırılması” mövzusuna həsr olunmuş “Mərkəzi Asiya+ Rektorlar Klubunun VI görüşü” çərçivəsində ADNSU ilə Qazaxıstan Mülki Aviasiya Akademiyası arasında memorandum imzalanıb.

İki tərəfli görüş zamanı tərəflər arasında elm, təhsil, təcrübə mübadiləsi və innovasiya sahələrində əməkdaşlıq imkanları müzakirə olunub. Həmçinin birgə elmi layihələrin həyata keçirilməsi və təhsil proqramlarının inkişaf etdirilməsi perspektivləri diqqətə alınıb.


Paylaş