Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rəhbərliyi və tələbələri 27 Sentyabr – Anım Günü münasibətilə Zəfər Parkını ziyarət edərək ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman şəhidlərin əziz xatirəsini ehtiramla yad ediblər.
Ziyarət zamanı Azərbaycanın ərazi bütövlüyünün qorunması və bərpası, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsi anılıb, xatirə abidəsinin önünə gül dəstələri qoyulub.