×

Xəbərlər

Xəbərlər 30 Sep 2025
ADNSU tələbələrinin təmsil olunduğu komanda “TEKNOFEST-2025 İstanbul”da “Ən Yaxşı Komanda Ruhu” mükafatını qazanıb

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) İnformasiya texnologiyaları və idarəetmə fakültəsinin tələbələri – Orxan Yusifli və Ziyad Əhmədzadə “VerseTech” komandası ilə birlikdə 17–21 sentyabr tarixlərində Türkiyədə keçirilən “TEKNOFEST-2025 İstanbul” aerokosmik və texnologiya festivalında iştirak edərək növbəti uğura imza atıblar.

Belə ki, ADNSU tələbələrinin təmsil olunduğu “VerseTech” komandası final mərhələsinə yüksələrək “Psixologiyada Texnoloji Tətbiqlər” kateqoriyasında “Ən Yaxşı Komanda Ruhu” mükafatına layiq görülüb. Komanda 35 digər finalçı ilə rəqabət aparsa da, yalnız innovativ ideyaları ilə deyil, həm də güclü əməkdaşlıq ruhu və sinerji ilə fərqlənərək bu uğuru qazanıb.

Qeyd edək ki, “TEKNOFEST-2025 İstanbul” bu il rekord sayda iştirakçı və komandanı bir araya gətirib. Türkiyənin 81 vilayətindən və 96 ölkədən gələn gənclərin qatıldığı festivalda ümumilikdə 565,776 komanda müraciət edib, onlardan yalnız 13,000-i final mərhələsinə vəsiqə qazanıb.


Paylaş