Sentyabrın 30-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Kitabxana İnformasiya Mərkəzində akademik Azad Mirzəcanzadəyə həsr olunmuş dəyirmi masa keçirilib.
Tədbirdə ADNSU-nun Qaz-neft-mədən fakültəsinin (QNMF) professor-müəllim və tələbə heyəti iştirak edib. İştirakçılar akademik, görkəmli alim Azad Mirzəcanzadənin elmi və pedaqoji fəaliyyəti barədə maraqlı çıxışlar ediblər.
Tədbiri giriş sözu ilə Kitabxana İnformasiya Mərkəzinin direktoru Səlahət Mahmudova açıb. QNMF-nin dekanı professor Elman İskəndərov, professorlar Qafar İsmayılov, Sakit Rəsulov, Şahin İsmayilov və digərləri Azad Mirzəcanzadə ilə bağlı xatirələrini bölüşüblər. Sonda tədbir iştirakçıları Kitabxana İnformasiya Mərkəzi tərəfindən təşkil olunan “Akademik Azad Mirzəcanzadə” adlı kitab sərgisi ilə tanış olublar.
Qeyd edək ki, sərgidə akademikə həsr olunmuş 30-a yaxın kitab nümayiş olunub.