×

Xəbərlər

Xəbərlər 01 Oct 2025
ADNSU komandası 76-cı Beynəlxalq Astronavtika Konqresində ən böyük universitet heyəti ilə təmsil olunur

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) 15 magistr və doktorantı sentyabrın 29-dan oktyabrın 3-dək Avstraliyanın Sidney şəhərində keçirilən 76-cı Beynəlxalq Astronavtika Konqresində (IAC 2025) iştirak edir.

Konqres kosmos sənayesi və akademik dairələrin ən son nailiyyətlərini, aparılan tədqiqatları və beynəlxalq əməkdaşlıq imkanlarını müzakirə etmək üçün qlobal platforma rolunu oynayır.

ADNSU komandası konqresdə iştirak edən ən böyük universitet nümayəndə heyətidir. Tələbələrin araşdırma nəticələri “Scopus” bazasında indekslənərək qlobal elmi ictimaiyyətin diqqətinə təqdim olunacaq.

Qeyd edək ki, builki konqresin əsas mövzusu “Dayanıqlı kosmos: dayanıqlı Yer” (Sustainable Space: Resilient Earth) olub. Müzakirələrdə kosmos texnologiyalarının Yer üzündə dayanıqlılığa verdiyi töhfələr önə çəkilir və tədbir dünyanın müxtəlif ölkələrindən 10 mindən çox iştirakçını bir araya gətirir.


Paylaş