Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində keçirilən XI Bakı Beynəlxalq Kitab Sərgisində iştirak edir.
Sərgidə ADNSU-nun Kitabxana İnformasiya Mərkəzi tərəfindən 100-dən çox kitab, jurnal, miniatür kitablar, eləcə də tələbələrin müəllifliyi ilə ərsəyə gəlmiş rəsm əsərləri ziyarətçilərə təqdim olunur.
Qeyd edək ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə 1–7 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən XI Bakı Beynəlxalq Kitab Sərgisi müasir humanitar düşüncənin aktual mövzularına həsr olunub.
“Texno-insan: dünənin əfsanəsi, bu günün hadisəsi” mövzusu çərçivəsində nəzəri və tətbiqi müzakirələr, həmçinin ədəbi-intellektual mühitin inkişafına xidmət edən təqdimatlar nəzərdə tutulub.
Sərgi çərçivəsində həmçinin ustad dərsləri, kitab təqdimatları, imza günləri, elmi konfranslar və simpoziumlarla yanaşı, qiraət və musiqi saatlarının keçirilməsi planlaşdırılır.