Oktyabrın 2-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “İnnovativ Həllər Marafonu” ilə bağlı infosessiya təşkil olunub.
Tədbirdə universitetin İnformasiya texnologiyaları və idarəetmə fakültəsinin (İTİF), Energetika (EF) və Kimya texnologiya fükaltələrinin (KTF) tələbələri iştriak ediblər. Sessiyada marafonun məqsədləri, iştirak qaydaları, komanda formalaşdırılması və təqdim ediləcək imkanlar barədə tələbələrə ətraflı məlumat verilib.
Sessiyada əsas diqqət Azərbaycanın startap və innovasiya ekosisteminin inkişafı, yaradıcı gənclərə dəstək və innovativ həll üsullarından istifadə imkanlarına yönəlib.
Qeyd edək ki, marafonun mükafat fondu 10 000 AZN, müddəti isə 30 oktyabr – 15 dekabr 2025-ci il tarixlərini əhatə edəcək. İştirakçılar gələcək mərhələlərdə komanda şəklində çalışaraq müxtəlif innovativ həllər üzərində işləyəcəklər.