6-8 oktyabr tarixlərində Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Dayanıqlı İnkişaf Məqsədləri (SDG) mövzusunda təlim keçiriləcək. Təlim ESDG şirkətinin rəhbəri Elmir Məmmədli tərəfindən aparılacaq.
Təlimlər çərçivəsində iştirakçılar Bərpa olunan enerji texnologiyaları və SDG7 (Əlçatan və təmiz enerji), İqlim dəyişikliyi, karbon emissiyaları və SDG13 (İqlim fəaliyyətləri), Neft-qaz sektorunda enerji səmərəliliyi və yaşıl keçid yolları mövzuları ilə tanış olacaq. Qeyd olunan mövzular ərtafında müzakirələr keçiriləcək.
Workshopda iştirak etmək istəyən tələbələrin aşağıdakı link vasitəsi ilə qeydiyyatdan keçməsi xahiş olunur: https://forms.gle/MXYAyZJkaThhAER18
Qeyd edəkki, 3 gün davam edəcək təlimdə aktiv iştirak edən tələbələr ESDG tərəfindən sertifikatla mükafatlandırılacaq.