×

Xəbərlər

Xəbərlər 03 Oct 2025
ADNSU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub

Oktyabrın 3-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 5 oktyabr – Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan ADNSU-nun rektoru, dosent Rüfət Əzizov əvvəlcə müəllim adını daşıyan bütün pedaqoqları təbrik edib. O, müəllimlik peşəsinin həm şərəfli, həm də böyük məsuliyyət tələb edən bir sahə olduğunu vurğulayıb. Rektor müəllimlərə fəaliyyətlərində uğurlar, möhkəm cansağlığı və yeni-yeni nailiyyətlər arzulayıb.


Paylaş