×

Xəbərlər

Xəbərlər 06 Oct 2025
ADNSU-da Dayanıqlı İnkişaf Məqsədləri mövzusunda vorkşop keçirilib

Oktyabrın 6-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Dayanıqlı İnkişaf Məqsədləri (SDG) mövzusunda təlim keçirilib. Təlim ESDGoals MMC şirkətinin rəhbəri Elmir Məmmədli tərəfindən aparılıb.

Təlimdə Elmir Məmmədli “Bərpa olunan enerji texnologiyaları və SDG7” (Əlçatan və təmiz enerji) mövzusunda təqdimatla çıxış edib. O çıxışında yaşıl enerji, bərpa olunan enerji texnologiyaları və Dayanıqlı İnkişaf Məqsədləri (SDG) mövzuları ətrafında danışıb. Bu, enerjinin təmiz mənbələrindən istifadənin vacibliyini və bunun Səmərəli İnkişaf Məqsədlərinə necə töhfə verdiyi vurğulanıb. Həmçinin enerji səmərəliliyinin artırılması, alternative enerji mənbələrinin tətbiqi və ekoloji dayanıqlığın təmin edilməsində gənc mühənidslərin rolundan bəhs edib. 

Qeyd edək ki, 3 gün davam edəcək təlimlərdə aktiv iştirak edən tələbələr sonda  ESDG tərəfindən sertifikatla mükafatlandırılacaq.


Paylaş