×

Xəbərlər

Xəbərlər 07 Oct 2025
Bakı Ekspo Mərkəzində ADNSU-nun professorunun kitabının təqdimatı olub

Oktyabrın 6-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Kitabxana İnformasiya Mərkəzinin təşkilatçılığı ilə XI Bakı Beynəlxalq Kitab Sərgisində "Süni intellekt”  kitabının təqdimatı keçirilib. 
ADNSU-nun Cihaz mühəndisliyi kafedrasının professoru Kəmalə Rafiq qızı Əliyevanın "Süni intellekt”  kitabı sərginin "Texno insan-dünənin əfsanəsi, bu günün hədiyyəsi” mövzusuna uyğun seçilib. 
Təqdimatı giriş sözü ilə açan Kitabxana İnformasiya Mərkəzinin müdiri Səlahət Mahmudova kitabın müasir dövrdə oxucular üçün əhəmiyyətindən danışıb.  
    Təqdimatda Cihaz mühəndisliyi kafedrasının professor-müəllim heyəti, kafedra müdiri, professor Lalə Bəkirova, dosent Aynur Cəbiyeva, tədqiqatçı müəllim, professor Lətafət Qardaşova, digər əməkdaşlar çıxış edərək kitab haqqında öz fikirlərini bildiriblər. Çıxışçılar həmçinin kitabın süni intellekt sahəsində çalışan mütəxəssislər və bu sahədə tədqiqat aparan tədqiqatçılar üçün əhəmiyyətindən danışıblar. Təqdimatda ADNSU tələbələri  və məzunlar da iştirak ediblər. 
Qeyd edək ki, ADNSU-nun Kitabxana İnformasiya Mərkəzi XI Bakı Beynəlxalq Kitab Sərgisində fəal iştiraka görə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən sertifikatla təltif olunub.


Paylaş