Oktyabrın 6-8-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Dayanıqlı İnkişaf Məqsədləri (SDG) mövzusunda təliçmlər keçirilib. ESDGoals MMC şirkətinin rəhbəri Elmir Məmmədli tərəfindən keçirilən təlimlərdə İqlim dəyişikliyi, karbon emissiyaları və SDG13 (İqlim fəaliyyətləri), Neft-qaz sektorunda enerji səmərəliliyi və yaşıl keçid yolları mövzularında təqdimatla çıxış edib.
O, çıxışında iqlim dəyişikliklərinin qlobal təsirlərindən, bu sahədə beynəlxalq öhdəliklərdən və Azərbaycanın yaşıl enerji strategiyasından bəhs edib. Elmir Məmmədli həmçinin neft-qaz sektorunda enerji səmərəliliyinin artırılması yollarını və karbon emissiyalarının azaldılması istiqamətində tətbiq olunan texnoloji yenilikləri vurğulayıb.
Qeyd edək ki, 3 gün davam edən təlimlərdə fəal iştirak edən tələbələr sonda ESDGoals tərəfindən sertifikatla təltif edilib.