Oktyabrın 8-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Holberton İT məktəbinin xarici nümayəndələrinin iştirakı ilə “İT dünyasının gələcəyi və iş bazarının perspektivləri” mövzusunda təlim keçirilib.
Tədbirdə ADNSU rəhbərliyi, fakültə dekanları, müəllim heyəti və tələbələr iştirak ediblər.
Holberton məktəbinin xarici nümayəndələri çıxışlarında İT sahəsinin qlobal inkişaf istiqamətləri, süni intellektin iş bazarına təsiri, proqramlaşdırma bacarıqlarının gələcək rolu və rəqəmsal kompetensiyaların əhəmiyyəti barədə ətraflı məlumat veriblər.
Tədbir çərçivəsində tələbələr üçün interaktiv sual-cavab sessiyası keçirilib. Gənclər öz suallarını qonaqlara ünvanlayaraq İT sahəsində təhsil, beynəlxalq təcrübə proqramları və karyera imkanları barədə faydalı məlumatlar əldə ediblər.
Qeyd edıək ki, görüşün məqsədi tələbələri müasir informasiya texnologiyaları sahəsində baş verən yeniliklərlə tanış etmək, həmçinin beynəlxalq əmək bazarındakı tendensiyalar barədə məlumatlandırmaq olub.