×

Xəbərlər

Xəbərlər 10 Oct 2025
“SOCAR UPSTREAM Management International MMC” şirkətinin mütəxəssisləri ADNSU tələbələrinə seminar keçib

Oktyabrın 9-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Karyera Mərkəzinin təşkilatçılığı ilə “Knowledge Sharing” mövzusunda seminar keçirilib. Seminarda “SOCAR UPSTREAM Management International MMC” şirkətinin nümayəndələri, Qaz-neft-mədən, Neft-mexanika və Geoloji kəşfiyyat (GKF) fakültələrinin tələbələri iştirak ediblər.

“SOCAR UPSTREAM Management International MMC” şirkətinin nümayəndələri Samir Əliyev və Nuridə Məmmədova çıxış edərək neft-qaz sənayesində tətbiq olunan müasir yanaşmalar, innovativ texnologiyalar və praktik təcrübələr barədə iştirakçılara ətraflı məlumat veriblər.

Çıxışçılar həmçinin tələbələrə gələcək karyera imkanları, peşəkar inkişaf yolları və əmək bazarının tələbləri haqqında danışaraq onların suallarını cavablandırıblar. Tədbir tələbələrin fəal iştirakı və qarşılıqlı müzakirələr şəraitində keçirilib.

Bundan əlavə, tələbələr üçün onlayn sual-cavab sessiyası təşkil olunub. Sessiyada 1-ci yerə çıxan tələbəyə hədiyyə təqdim edilib, 2-ci və 3-cü yerə layiq görülən tələbələr isə ADNSU Karyera Mərkəzi tərəfindən sertifikatla təltif olunublar.

 


Paylaş