Oktyabrın 10-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Dünya Psixi Sağlamlıq Günü” münasibətilə tələbələr üçün maarifləndirici təlim təşkil olunub. Təlimdə universitetin bütün kurslardan olan tələbələr iştirak ediblər.
Təlim ADNSU-nun məsləhətçi psixoloqu Fatimə Kərimli tərəfindən aparılıb. Təlimdə psixi sağlamlığın əhəmiyyəti, onu qoruma və dəstəkləmək yolları, eləcə də sosial mühitdə psixoloji rifahın təmin edilməsi mövzuları müzakirə olunub. Tələbələrə psixoloji sağlamlığın gündəlik həyatda rolu izah edilib və streslə mübarizə yolları barədə praktiki tövsiyələr təqdim olunub.
Həmçinin, tədbir zamanı universitetdə fəaliyyət göstərən psixoloji dəstək xidmətləri haqqında ətraflı məlumat verilib. Görüş interaktiv formatda keçirilib və tələbələrin sualları cavablandırılıb.