×

Xəbərlər

Xəbərlər 10 Oct 2025
ADNSU-da daxili qrant müsabiqəsi ilə bağlı infosessiya keçirilib

Oktyabrın 10-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) daxili qrant müsabiqəsi ilə bağlı infosessiya keçirilib. Tədbirdə ADNSU-nun Elm və innovasiya məsələləri üzrə prorektor vəzifəsini müvəqqəti icra edən, dosent Elviz İsmayılov yeni təsdiqlənmiş “Daxili qrantların verilməsi qaydaları” barədə iştirakçılara ətraflı məlumat verib. 

Sessiyada qrantların məqsədi, müraciət qaydası, qiymətləndirmə meyarları və maliyyələşmə şərtləri açıqlanıb. Vurğulanıb ki, bu qrantlar elmi fəaliyyətin stimullaşdırılması və innovativ tədqiqatların dəstəklənməsi məqsədi daşıyır.

Sonda iştirakçılar onları maraqlandıran sualları səsləndirib, təqdim olunan yeni qaydaların elmi fəaliyyətin keyfiyyətinə verəcəyi töhfələr barədə fikir mübadiləsi aparıb, təkliflərini bölüşüblər.


Paylaş