Oktyabrın 13-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Cambridge Press” nəşriyyatının jurnallarında ödənişsiz məqalə dərcinə dair infosessiya təşkil olunub.
Tədbirdə ADNSU-nun Elmi Tədqiqatların Əlaqələndirilməsi və Monitorinqi Şöbəsinin müdiri Əli Əlizadə çıxış edərək “Cambridge Press” nəşriyyatına daxil olan və ödənişsiz məqalə qəbul edən jurnallar haqqında ətraflı məlumat verib. O, jurnalların siyahısını təqdim edib, həmin nəşrlərdə məqalə dərc etdirmək üçün tələb olunan mərhələlər, texniki tələblər və təqdimetmə qaydalarını izah edib.
Qeyd olunub ki, beynəlxalq elmi jurnallarda məqalələrin dərc olunması tədqiqatçıların elmi nüfuzunun artırılmasına və beynəlxalq elmi əməkdaşlıqlarda iştirak imkanlarının genişlənməsinə mühüm töhfə verir.
Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.