×

Xəbərlər

Xəbərlər 14 Oct 2025
Uğurlu təcrübə proqramı keçən ADNSU tələbələri sertifikatla təltif olunublar

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) tələbələri “Binagadi Oil Company” şirkətində keçdikləri Yay təcrübə proqramını uğurla başa vurublar.

Əməkdaşlıq çərçivəsində ADNSU-nun Neft-mexanika, Qaz-neft-mədən, Geoloji kəşfiyyat və Energetika fakültələrindən olan 16 tələbə 8 iyul - 8 sentyabr 2025-ci il tarixləri yay təcrübə proqramında iştirak edib.

Bu münasibətlə oktyabrın 14-də Neft-mexanika fakültəsində tələblərlə görüş təşkil olunub. Fakültə dekanı, dosent Əlihikmət Əhmədovun rəhbərliyi ilə keçirilən görüşdə proqramı uğurla başa vuran tələbələrə sertifikatlar təqdim olunub.

Qeyd edək ki, fakültənin bakalavr təhsil pilləsində “Mexanika mühəndisliyi”, “Maşın mühəndisliyi”, “Sənaye mühəndisliyi” və “Materiallar mühəndisliyi” ixtisasları üzrə təhsil alan tələbələr iki ay ərzində şirkətdə səmərəli təcrübə keçiblər.


Paylaş