×

Xəbərlər

Xəbərlər 14 Oct 2025
ADNSU-da “İnformasiya Texnologiyaları və Gənclər üçün Yeni İmkanlar” adlı təlim keçirilib

Oktyabrın 14-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “İnformasiya texnologiyaları və gənclər üçün yeni imkanlar” adlı təlim təşkil edilib. Tədbirdə Sosial Məsələlərin Həllinə Kömək İctimai Birliyinin (İB) baş katibi Məhəmməd Səfərov ictimai birlik haqqında məlumat verib. Layihə çərçivəsində klinik psixoloq Nuridə Daşdəmirli gənclərlə rəqəmsal mühitdə psixoloji sabitliyin qorunması, stress və motivasiya idarəetməsi mövzularında fikir mübadiləsi aparıb. “Div academy”nin təsisçisi Aygün Mirzəliyeva çıxışında texnologiya sahəsində qadınların rolu, proqramlaşdırma bacarıqlarının gələcək karyerada əhəmiyyəti və IT təhsilinin yeni tendensiyaları barədə məlumat verib. 

“Unidream” şirkətinin təsisçisi İsmayıl Qədimli isə tələbələrə xaricdə təhsil imkanları, qlobal texnologiya bazarında gənclərin rolu və startap mədəniyyətinin inkişafı haqqında danışıb, praktiki nümunələrlə təcrübəsini bölüşüb.

Qeyd edək ki, tədbirin məqsədi gənclərin informasiya texnologiyaları sahəsindəki bilik və bacarıqlarını artırmaq, eləcə də bu istiqamətdə mövcud imkanlar barədə məlumatlandırmaq olub.


Paylaş