×

Xəbərlər

Xəbərlər 15 Oct 2025
UFAZ-ın məzunu Pərvin Hacıyeva “Ada Lovelace” Akademiyasının açılış tədbirində öz tədqiqat materialını təqdim edib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) “Neft və qaz mühəndisliyi” ixtisası üzrə məzunu Pərvin Hacıyeva “Ada Lovelace” Akademiyasının açılış tədbirində iştirak edib.

Pərvin poster sessiyasında tədqiqat işini təqdim etmək imkanına yiyələnib. O, “Şimal Dənizi qaz sahələrində PVT və duzluluq analizi ilə qabaqcıl data vizualizasiyası” mövzusunda işini nümayiş etdirib. Onun təqdimatı universitet professorlarının, təxminən 50 şirkətin nümayəndələrinin və digər tələbələrin diqqətini cəlb edib.

Tədbir fikir mübadiləsi aparmaq, qiymətli rəylər almaq və elmi-texnoloji sahədə həvəsli peşəkarlarla əlaqələr qurmaq baxımından effektiv bir platforma olub. Pərvin bu tədbiri akademik fəaliyyətində bir dönüş nöqtəsi kimi qiymətləndirib. Aldığı rəy və qurduğu əlaqələr tədqiqat və məlumat vizualizasiyası sahəsində onun qarşısında yeni istiqamətlər açıb.

 


Paylaş