Oktyabrın 15-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Azad Mirzəcanzadə İnkişaf Proqramı”nın üçüncü dalğasının məlumat sessiyası təşkil edilib. “İnfosessiyada proqramın direktoru Leyla Seyidzadə iştirakçılara proqramın məqsədi, qoşulma şərtləri, qalibləri, mərhələləri və gənclərə təqdim etdiyi imkanlar barədə ətraflı məlumat verib.
Qeyd edək ki, “Azad Mirzəcanzadə İnkişaf Proqramı” Azərbaycanın müxtəlif bölgələrindən olan gənclərin liderlik, innovasiya və layihə idarəçiliyi bacarıqlarını inkişaf etdirməyə yönəlmiş bir təşəbbüsdür. Proqram iştirakçılara öz ideyalarını reallaşdırmaq, sosial və texnoloji layihələr yaratmaq imkanı yaradır.