×

Xəbərlər

Xəbərlər 15 Oct 2025
ADNSU-da “CV və motivasiya məktubu yazmaq” mövzusunda təlim keçirilib

Oktyabrın 15-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Təhsilin İnkişafı Fondu tərəfindən təqaüd proqramı iştirakçıları üçün “CV və motivasiya məktubu yazmaq” mövzusunda təlim sessiyası keçirilib.

Təlim Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova tərəfindən aparılıb. Sessiyada tələbələrə CV-nin düzgün tərtib edilməsi, motivasiya məktubunun yazılma qaydaları və bu sənədlərin karyera inkişafında rolu barədə ətraflı məlumat verilib.

Təhsilin İnkişafı Fondu tərəfindən həyata keçirilən bu cür sessiyalar təqaüd proqramı iştirakçılarının fərdi və peşəkar inkişafına dəstək göstərmək məqsədi daşıyır və yeni tədris ilində də davam etdirilir.

 


Paylaş