×

Xəbərlər

Xəbərlər 16 Oct 2025
ADNSU-nun “Brend tələbə”lərinə sertifikatlar təqdim olunub

Ali təhsil müəssisələrinin və AzEdu.az təhsil portalının birgə təşkilatçılığı ilə həyata keçirilən “Brend tələbə” layihəsi çərçivəsində xüsusi meyarlara əsasən seçilən tələbələrin mükafatlandırılması davam edir.

Oktyabrın 15-də Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) və AzEdu.az xəbər portalının birgə təşkilatçılığı ilə universitetin 10 “Brend tələbə”sinin mükafatlandırılma mərasimi keçirilib.

Tədbirdə “Brend tələbə” layihəsinin tələbələr üçün əhəmiyyəti vurğulanıb, uğur qazanmağın sirlərindən bəhs edilib və tələbələrə gələcək fəaliyyətlərində yeni-yeni uğurlar arzulanıb. Qeyd olunub ki, layihənin əsas məqsədi tələbələr arasında sağlam rəqabət mühiti formalaşdırmaq, fəal və istedadlı gəncləri cəmiyyətə daha yaxından tanıtmaq, onların nailiyyətlərini həm yaşıdları, həm də gələcək tələbə namizədlər üçün motivasiya mənbəyinə çevirməkdir.

Sonda “Brend tələbə”lərə sertifikatlar təqdim olunub və xatirə şəkli çəkilib.

ADNSU-nun 2024–2025-ci tədris ili üzrə “Brend tələbə” adına layiq görülən tələbələri::

 

Murad Qaramollayev – Mexatronika və robototexnika ixtisası;

Riyad Baxşıyev – Energetika mühəndisliyi ixtisası;

Eldar Abbasov – Neft-qaz mühəndisliyi ixtisası;

Elxan Ağabəyli – Neft-qaz mühəndisliyi ixtisası;

Karina Məmmədova – Kimya mühəndisliyi ixtisası;

Eltun Səfərli – Cihaz mühəndisliyi ixtisası;

Cavidan Aşurlu – Kompüter mühəndisliyi ixtisası;

Fidan Səlimova – Neft-qaz mühəndisliyi ixtisası;

Şahanə Məmmədova – Sənaye mühəndisliyi ixtisası;

Xanım Məmmədova – Geologiya mühəndisliyi ixtisası.


Paylaş