×

Xəbərlər

Xəbərlər 16 Oct 2025
ADNSU məzunları qlobal mühəndislik yarışmasında uğur qazanıb

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) BA Proqramlarının “Mexatronika və robototexnika mühəndisliyi” ixtisası üzrə məzunları “Speak Out for Engineering (SOFE) 2025” milli mərhələsində uğurla iştirak ediblər. 

Məzunlarımız - Ceyran Qazıyeva və Fərid Mürşüdlü beynəlxalq mühəndislik yarışmasında yüksək nəticələr göstəriblər. Belə ki, yarışmada Ceyran Qazıyeva  I yer, Fərid Mürşüdlü II yerə layiq görülərək ölkəmizi Yaxın Şərq və Şimali Afrika regional mərhələsində təmsil etmək hüququ qazanıblar.


Paylaş